Ana səhifə / Dünya / Britaniyadakı ruslar 13 milyard dollara yaxın pul itirdi

Britaniyadakı ruslar 13 milyard dollara yaxın pul itirdi

Rusiyalı milyarderlər Roman Abramoviç və Əlişir Usmanov Böyük Britaniyanın ən varlı adamları onluğundan çıxıblar.

Bu barədə The Times məlumat yayıb. Abramoviç 20 mövqe itirərək səkkizinci yerdən 28-ci yerə düşüb. Onun sərvəti 12 milyard funt-sterlinqdən 6 milyard funt-sterlinqə qədər azalıb. Usmanov altı pillə itirərək reytinqin 11-ci pilləsində qərarlaşıb. Onun sərvəti 3,4 milyard funt-sterlinq azalaraq 10 milyard funt-sterlinqə düşüb.

“LetterOne”un həmtəsisçisi Mixail Fridman isə milyarderlər siyahısında 19-cu yerdə qərarlaşıb. Onun sərvəti 2,57 milyard funt-sterlinq azalaraq 8,22 milyard funt-sterlinqə düşüb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …