Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Britaniya Ukraynaya müasir raketlər verəcək

Britaniya Ukraynaya müasir raketlər verəcək

Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi deyib ki, Böyük Britaniya yaxın bir neçə həftə ərzində Ukraynaya yüksək texnologiyalı “Brimstone” sinifli raketlər tədarük edəcək. 

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ehtimallara görə, bu, mayın 10-dan əvvəl baş verəcək.“Texnikilərimizin işləmə sürəti ilə mən parlamentə bir neçə həftə ərzində “Brimstone” raketləri Ukraynaya təqdim edə biləcəyimizi bildirməkdən məmnunam”, – deyə, nazir müaivini qeyd edib.

Bundan əvvəl, Böyük Britaniya Ukraynaya daha 6 min silah, o cümlədən tank əleyhinə raketlər göndərməyi planlaşdırır. Rəsmi London artıq Ukraynaya 4 mindən çox “NLAW” və “Javelin” tank əleyhinə sistemlər göndərib. Qeyd edək ki, 49 kiloqramlıq “hava-yer” tipli İngilis mərmisi “Brimstone” ikili izləmə sisteminə malikdir. Həm lazer, həm də radarla idarə olunur. Bir raketin qiyməti 175 000 funt sterlinqdir (263 000 ABŞ dolları).

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …