Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Brejnevin yaddaqalan öpüşləri – Fotolar

Brejnevin yaddaqalan öpüşləri – Fotolar

İki dəfə yanaqdan və hörmət əlaməti olaraq dodaqdan öpmək ( 3 qat öpüş) qədim rus mədəniyyətinə aid hadisədir. Bu ənənə uzun müddət unudulsa da, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Leonid İliç Brejnev onu yeniləmək qərarına gəlir. Ancaq Brejnevin öpüşləri hər kəs tərəfindən birmənalı qarşılanmayıb. Qədim rus ənənəsindən razı qalanlar da olub, buna etiraz edənlər də.

“Qafqazinfo” Brejnevin siyasi liderlərlə ən yaddaqalan öpüşmə anlarını təqdim edir:

Dövlət katibi ilk öpüşünü 1968-ci ildə Sovet İttifaqına gəlmiş Fələstin lideri Yasir Ərəfatla edib. Artıq 4 ildir ki, vəzifədə olan Brejnev Yasir Ərəfata simpatiya hiss edərək qədim rus ənənsini reallaşdırmağı qərara alır. Onun bu jesti Ərəfat tərəfindən normal qarşılanır və bundan sonra Brejnevin dodaqdan öpüşləri başlayır.

Ancaq Brejnevin ikinci cəhdi uğursuz olur. Belə ki, Yuqoslaviyaya səfəri zamanı birinci katib ölkə başçısı İosif Titoya öz səmimi münasibətini bildirmək üçün onu dodağından öpür. Ancaq bu Titonun xoşuna gəlmir. Şahidlərin sözlərinə görə, Brejnevin öpüşündən sonra Titonun dodağı partlayıb və qanı axıb.

Leonid Brejnevin ən yaddaqalan öpüşlərindən biri də Almaniya lideri Erix Honnekerlə olub. Bu öpüş ölkələr arasında sülh və dostluq əlamətinə çevrilib.

Brejnev təkcə kişi liderləri deyil, qadın həmkarlarını da dodağından öpməkdən çəkinmirdi. O, “bu şərəf”ə ilk dəfə Hindistanın baş naziri İndira Qandini görmüşdü. Brejnevin bu hərəkəti Qandini şoka salmışdı. Həmin kadrlar Hindistanda muzeydə qorunur.

Sadə insanlar da brejnevin bu jesti ilə “mükafatlandırılırdılar”. Belə ki, xoreoqrafiya müəllimlərindən biri Brejnevə uğurlu nitqindən sonra  gül dəstəsi verərkən katib bu hörmətə hər kəsin gözü önündə həmin qadını öpərək qarşılıq verməyi özünə borc bilib.

Brejnevin öpüşlərindən qorxan dünya liderləri də az deyildi.

Məsələn Fidel Kastro bu öpüşə görə vətənində ona güləcəklərindən ehtiyat edib təyyarədən enərkən onu gözləyən Brejnevlə öpüşməmək üçün ağzında siqaret saxlayıb. Məşhur öpüşmə səhnəsi də bu üzdən baş tutmayıb.

Leonid İliçin öpüşlərindən birbaşa imtina edənlər isə Rumıniya başçısı Nikolay Çauşeski və britaniyalı baş nazir Marqaret Tetçer olub.

Brejnevin silahdaşı Yuri Andropov birinci katibin öpüşlərinə tez-tez məruz qalan şəxslərdən idi. Daim Brejnevi alqışlarla müşayiət edən Andropov sonunda dözməyərək onun bu hərəkətlərinə etirazını bildirir. Buna isə Brejnevin qrip ikən Yurini öpməsi səbəb olur. Andropov bu öpüşü “iyrənc” adlandırmışdı.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …