Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Dünya / Böyük mübadilə baş tutdu: Moskva və Kiyev məhbusları qaytarırlar

Böyük mübadilə baş tutdu: Moskva və Kiyev məhbusları qaytarırlar

Moskva və Kiyev arasında razılaşmaya əsasən azadlığa buraxılmış rusiyalıları daşıyan təyyarə Ukraynanın “Borispol” hava limanından qalxıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı “Strana.ua” nəşri yayıb.

Xatırladaq ki, Ukrayna məhkəməsi avqustun sonlarında Kiril Vışinskini azadlığa buraxıb. Belə ki, ona qarşı irəli sürülmüş qətimkan tədbiri dəyişilərək, barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilib. Jurnalist birinci tələb əsasında məhkəməyə və ya müstəntiqin yanına gəlməlidir.

Kiril Vışinski 2018-ci il mayın 15-də saxlanılıb. O, Donbasın tanınmamış respublikalarını dəstəkləməkdə və dövlətə xəyanətdə günahlandırılır. Bu ittihamlarla bağlı olaraq jurnalist 15 il müddətində həbs edilə bilər.

Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib. Jurnalist özü ittihamları rədd edib.

Həmçinin oxuyun

Məmurun Naftalanda “şokolad vannası”ndan fotosu – Tənqid edildi

Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub. …