Şənbə , May 21 2022
Ana səhifə / Dünya / Borrel: “Aİ Rusiya-Ukrayna arasında vasitəçi ola bilməz, yalnız Türkiyə”

Borrel: “Aİ Rusiya-Ukrayna arasında vasitəçi ola bilməz, yalnız Türkiyə”

Avropa İttifaqı Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi ola bilməz.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

Avropa İttifaqının Rusiya-Ukrayna danışıqlarında vasitəçi rolunu oynaya bilərmi sualına cavab verən Borrel deyib: “Biz yox. Ruslar bunu qəbul etməyəcək, necə ki, biz Rusiyanı vasitəçi kimi qəbul etməyəcəyik. Çin də Rusiyaya meyl etdiyi üçün uyğun gəlmir. Yalnız Türkiyə orada çox yaxşı işlər görür, hər iki tərəflə yaxşı münasibətləri var”.

Bundan əlavə, Borrell əmin edib ki, Avropa İttifaqı Ukraynaya silah tədarükünü davam etdirəcək, həmçinin Rusiya iqtisadiyyatını və bu ölkənin beynəlxalq təcridini zəiflətməyə çalışacaq.

AzVision.az

Həmçinin oxuyun

“Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik” – Ukraynalı general

Ukrayna Ordusu mayın 5-dən Xarkov istiqamətində 23 yaşayış məntəqəsini azad edib. Bu barədə briqada generalı, …