Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Dünya / Bolton Trampın Ruhani ilə görüşməsi üçün şərtləri açıqladı

Bolton Trampın Ruhani ilə görüşməsi üçün şərtləri açıqladı

ABŞ və İran prezidentləri Donald Tramp və Həsən Ruhani arasında görüş, rəsmi Tehranın nüvə proqramı ilə bağlı yeni bir razılaşmanı müzakirə etməyə hazır olduğu zaman reallaşacaq.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton “Azadlıq” radiosuna müsahibəsində deyib. 

“Görüşün baş tutması Donald Trampın mövqeyini dəyişdirməsi anlamına gəlmir. İranın lazımi olmayan işləri görməyəcəyi təqdirdə iqtisadi fayda əldə edəcəyini də söyləmək faydasızdır. Yeni bir əhatəli və hərtərəfli razılaşma, əlbəttə ki, sanksiyaların aradan qaldırılması ilə nəticələnəcək. Görüş İranın bu barədə danışıqlara hazır olduğu zaman baş tutacaq”-deyə, o, bildirib. Azvision.az 

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …