Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Boliviya prezidenti istefa verdi – Həbs edilmək üçün axtarılır

Boliviya prezidenti istefa verdi – Həbs edilmək üçün axtarılır

Boliviya prezidenti Evo Morales istefa verib.

“ Azinforum.az ” “TASS”a istinadən xəbər verir ki, bu barədə Morales radioda çıxışında deyib. Onun sözlərinə görə, bu qərara hərbçilərin onu istefaya çağırışından sonra gəlib. Bu səbəbdən insanları, o cümlədən dövlət qulluqçularını, qardaş və bacılarını qorumaq üçün vəzifəsindən gedir.

“Onlar hücumlara məruz qalıb təhlükə ilə üzləşməsinlər deyə istefa verirəm”, – deyə Morales bildirib.

Qeyd edək ki, Moralesin istefasından sonra hərbçi və polislər onun həbs olunması üçün axtarış elan ediblər.

Xatırladaq ki, oktyabrın 20-də Boliviyada prezident seçkilərinə səsvermənin nəticələrinə etiraz olaraq müxalifət aksiyalar keçirilir. 3 həftə ərzində 400-dək insan xəsarət alıb. Morales müxalifətin onun istefasını tələb etməsinin konstitusiyaya zidd olduğunu bildirmiş, bunu dövlət çevrilişi adlandırmışdı.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …