Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / Boksçu bir zərbə ilə adam öldürdü — VİDEO

Boksçu bir zərbə ilə adam öldürdü — VİDEO

Rusiyanın Barnaul şəhərində boksçu Mixail Startsev və kikboksinq üzrə dünya çempionu Liliya Voroquşina əlil kişini əl ağacı ilə döyüb. 


“Report”un məlumatına görə, davaya 40 yaşlı Pavel Roxlov adlı şəxs qarışıb. Roxlov kikboksçu qadını vurub. Startsev isə onun sifətinə güclü zərbə endirib. Nəticədə Roxlovun başı asfalta çırpılıb və o, yerindəcə keçinib. 


Startsev artıq həbs olunub. Ona qarşı “Bilərəkdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan ölümlə nəticələndikdə” maddəsi ilə ittiham irəli sürülüb. 38 yaşlı idmançı boks üzrə Rusiya çempionatlarının dəfələrlə iştirakçısı olub. 

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …