Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / “Boeing”in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşıb

“Boeing”in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşıb

ABŞ-ın “Boeing” korporasiyasının bazar dəyəri martda “Boeing 737 MAX” tipli sərnişin təyyarəsinin Efiopiyada qəzaya uğramasından sonra 40 milyard dollardan çox ucuzlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü CNN teleşirkəti məlumat yayıb.
Məlumata görə, “Boeing” səhmlərinin məzənnəsi bu ay demək olar ki, 18 faiz aşağı düşüb. Bu o deməkdir ki, korporasiya qiymətli kağızlarının məcmu dəyəri 40 milyard dollardan çox ucuzlaşıb. “Boeing”in ötən il verdiyi hesabatda isə onun məhsullarının satış həcminin 100 milyard dolları ötdüyü bildirilir.

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …