Ana səhifə / Dünya / BMT-də çıxış edən Paşinyanın fikirləri ölkəsində narazılıq yaratdı

BMT-də çıxış edən Paşinyanın fikirləri ölkəsində narazılıq yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda etdiyi çıxışı ölkəsində narazılıqla qarşılanıb. 

Azvision.az xəbər verir ki, yerli media ölkə başçısının fikirlərini qənaətbəxş hesab etməyib.Siyasətçilər isə Ermənistanı uçuruma yuvarlayan rəhbərin hansı üzlə BMT sessiyasında çıxış etdiyini sual edirlər.

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkənin və xalqının gələcək taleyindən narahat olduğunu göstərən fikirlər səsləndirib. O Paşinyanın dünyanın diqqətlə izlədiyi sessiyadakı onlayn çıxışını tənqid edib.

-BMT Baş Assambleyasının sessiyasında dünyanın yeganə kapitulyatorunun (Nikol Paşinyan-red.) çıxışı bir daha bunu göstərdi ki, o, ölkənin gələcəyini məhv edib.

Ermənistan parlamentinin sabiq deputatı Vahan Babayan da paşinyanın çıxışını mənasız sayıb. O yaxın gələcəkdə ölkəsi adına müsbət heç nəyin baş verməyəcəyini düşünür.

-Kapitulyator 9 noyabr sənədini BMT -də qanuniləşdirəcək və erməni xalqının baş verənlərlə barışdığını bütün dünyaya sübut etməyə çalışacaq.

O yenə də özünün “inqilabı” üçün ucuz reklamla məşğul olacaq və əvvəlki sələflərini tez-tez tənqidlərlə xatırlayacaq. Həmçinin sponsorlarının təşəbbüsü ilə Rusiyanın “bağına” daş atacaq.

Ancaq maraqlı olan budur ki, indi “qərb layihəsi” deyilən proseslər artıq İrəvanın qapısı önündədir və o insanları küçələrə çıxmağa sövq edir. Yeni hadisələr gözlənilir, Ermənistan yeni kapitulyasiya ərəfəsindədir.

Politoloq Robert Marqaryan isə deyir ki, Paşinyanın beynəlxalq aləmə hesablanmış çıxışları ilə bağlı ilk və bəlkə də yeganə müsbət məqam bu oldu ki, o 3 il yarımdan sonra nəhayət belə tədbirlərdə tərcüməçinin köməyi ilə erməni dilində siyasi mesajlar göndərməyin lazım olduğunu anlayıb

– Belə normaldır, nəinki keyfiyyətsiz və anlaşılmaz ingilis dilində danışmaq ola.
Amma o Azərbaycan Prezidentinin dünən təqdim etdiyi 40 dəqiqəlik çıxışı-mesaj və ittihamlarına cavab olaraq qeyri -kafi və çox zəif görünürdü… Hətta səs tonu da düşmən qarşısında məğlub olan bir lider təəssüratı yaradırdı.

Kapitulyantın dediyinə görə, düşmən Sotk-Xoznavar ərazisində Ermənistan respublikasının suveren ərazisinə “girib” və o qüvvələri geri çəkməyi təklif etdi. Ancaq düşmənin Sünikin Vorotan sektoruna daxil olması haqqında bir söz deyilmədi…

Hər iki halda əsaslandırma Sovet dövründən miras qalmış sərhəddirsə, niyə bir halda qoşunların çıxarılmasını tələb edir, digər halda isə ərazini Azərbaycan adları ilə adlandırır?

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda çıxış edib. Onun bir sıra fikirləri, o cümlədən

“Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır” deməsi müxalifyönlü mediada tənqidlə qarşılanıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …