Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / BMT-də Qüdslə bağlı kritik toplantı – VİDEO
General Assembly Seventieth session, 90th plenary meeting

BMT-də Qüdslə bağlı kritik toplantı – VİDEO

BMT-nin Baş Assambleyasının Qüdslə bağlı xüsusi sessiyası işə başlayıb.

Sessiyada Türkiyə və Yəmənin təqdim etdiyi qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qətnamə səsverməyə çıxarılacaq. Hazırda müzakirələr davam edir.

Xatırladaq ki, dekabrın 18-də BMT Təhlükəsizlik Şurasında ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına qarşı hazırlanan qətnamə layihəsi müzakirəyə çıxarılıb. ABŞ qətnamə layihəsinə veto qoyub, qurumun digər 14 üzvü isə onu dəstəkləyib. Fələstin tərəfindən hazırlanan və Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü Misir tərəfindən irəli sürülən sənəddə Qüdsün statusunun dəyişdirilməsi tanınmırdı.

Onu da xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə qərarını dekabrın 6-da elan edib. Qərar İsrail istisna olmaqla, dünyanın bütün ölkələri tərəfindən etirazla qarşılanıb.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …