Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Dünya / “BMT-də hər kəs razıdır, təkcə Rusiya…” – Poroşenko

“BMT-də hər kəs razıdır, təkcə Rusiya…” – Poroşenko

Donbasda sülhməramlıların yerləşdirilməsinə Rusiya mane olur.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Hazırda BMT TŞ-nın 5 daimi üzvündən 3-ü – Böyük Britaniya, ABŞ və Fransa bizi dəstəkləyir. Çinlə intensiv dialoq aparılır. Onların bu qərarın əleyhinə olmayacağını əminliklə demək olar. Yalnız bir ölkə buna qarşı çıxır – Rusiya Federasiyası. Orada sülhməramlılar olanda Rusiya işğalçı ordusunu çıxarmağa məcbur olacaq, sülhməramlılar isə qeyri-qanuni qruplaşmaları tərksilah edəcəklər. Bu Rusiya ilə genişmiqyaslı müharibə ehtimalını əhəmiyyətli şəkildə aşağı salacaq, muzdlu əsgər və silah yardımını azaldacaqdır”, – Poroşenko bildirib.

Həmçinin oxuyun

Ərdoğan təşəkkür etdi – Binəli Yıldırım ağladı (FOTO+VİDEO)

Prezident Rəcəb Tayyib Ərdoğan Binali Yıldırıma təşəkkür edib.  Unikal.org xəbər verir ki, Ərdoğan 23 İyun İstanbul …