Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / BMT baş katibi münaqişə tərəflərini atəşi dayandırmağa çağırdı

BMT baş katibi münaqişə tərəflərini atəşi dayandırmağa çağırdı

BMT-nin baş katibi Antoniu Quterriş Koreya Respublikasına rəsmi səfər edib.

BMT-nin mətbuat xidmətinin yaydığı xəbərə görə, o, səfər zamanı bu ölkənin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək, ardından Pxençxana – XXIII Qış Olimpiya Oyunlarına gedəcək.

Oyunların açılışı ərəfəsində BMT baş katibi “Olimpiya barışığı” ilə bağlı müraciət edib.

“Bütün münaqişə tərəflərini 2018-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı “Olimpiya barışığı”na riayət etməyə çağırıran. Qoy olimpiya məşəlinin işığı insanların həmrəyliyi üçün mayak olsun. Qoy “Olimpiya barışığı” dünyada mədəniyyətin yayılmasına xidmət göstərsin”, – A.Quterriş bildirib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Koreya Respublikasının Pxençxan şəhərində keçiriləcək.(“Report”)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …