Ana səhifə / Dünya / BMT ərzaqsız qalacaq ölkənin adını çəkib

BMT ərzaqsız qalacaq ölkənin adını çəkib

Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, «aclıq artıq qapını kəsib». Dünyada ölkə var ki, bu il qidasız qalacaq. BMT-də həm də bəyan ediblər ki, aclıq Ukraynadakı müharibə nəticəsində dərinləşir.

«Daily Mail»in xəbər verdiyi kimi, bu barədə BMT-nin humanitar məsələlər üzrə başçısı Martin Qriffits bəyan edib.

O, təsdiqləyir, Somalidə artıq onun konkret təzahürləri müşahidə olunur ki, körfəzin cənub hissəsində aclıq bu ilin sonunda başlanacaq. Qriffits jurnalistlərə bəyan edib ki, o, Somaliyə səfərindən sonra, qəlbinin dərinliklərinə qədər təsirlənib. Orada Qriffits aclıq çəkən görpələrin, həddindən artıq zəiflərin şahidi olub.

Aclığın rəsmi elan edilməsi nadir hadisədir, o, bunun xəbərdarlığıdır ki, çox az kömək çox gec gəlib.

Bu arada BMT-də qeyd ediblər ki, Somalidə humanitar köməyin kəskin çatışmazlığını Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı təcavüzü yaradıb. Qriffitsin fikrincə, Ukraynadakı situasiya Somali üçün fəlakət olub, belə ki, beynəlxalq donorlar öz diqqətini Avropaya cəmləşdirib. Bundan başqa, Somalinin əvvəllər aldığı buğdanın 90 faizi Ukrayna və Rusiya məhsulu olub. Ona görə də orada insanlar defisitdən və ərzaq qiymətlərinin kəskin qalxmasından əziyyət çəkirlər.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …