Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Dünya / Blinken: “Vaşinqton Ukraynaya dəstək verəcək”

Blinken: “Vaşinqton Ukraynaya dəstək verəcək”

“Vaşinqton Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərini tam yerinə yetirmək niyyətindədir”.

Bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibi Entoni Blinken Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda bildirib.

Konqresmen Brayan Fitzpatrik Blinkendən soruşub ki, Vaşinqton rəhbərliyi Rusiyanın təcavüzü halında Ukraynadakı və Çinin təcavüzü halında Tayvandakı dostlara dəstək vermək üçün əlindən gələni etmək niyyətində olduğunu təsdiq edə bilərmi?

“Bəli. Tayvan və Ukrayna qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik”-deyə, Blinken sualı cavablandırılb. Report 

Həmçinin oxuyun

Rusiyada seçkilərdə bu partiyalar qalib gəlib

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Partiyanın ictimai dəstək …