Çərşənbə , May 25 2022
Ana səhifə / Dünya / Blinken Putini şəxsi həyatından “vurdu”… – Acından tələf olan qardaşını xatırlatdı

Blinken Putini şəxsi həyatından “vurdu”… – Acından tələf olan qardaşını xatırlatdı

“Rusiya Ukraynada nasistlərin hərəkətlərini təkrarlayaraq, insanları ac saxlamağa çalışır”

Rusiyanın Ukraynanı işğalının 13-cü günündə ABŞ dövlət katibi Antoni Blinken Latviyaya səfəri zamanı Vladimir Putinin İkinci Dünya Müharibəsində nasist qüvvələri tərəfindən öldürülən qardaşından bəhs edib.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Blinken Putinin bir yaşlı qardaşının İkinci Dünya Müharibəsində öldüyünü xatırladaraq, “Putin müharibəni dayandır” çağırışı edib.

Blinken qeyd edib ki, Putinin 1 yaşlı qardaşı Viktor Leninqrad mühasirəsi zamanı aclıqdan dünyasını dəyişib: “Rus xalqı yaxşı bilir ki, İkinci Dünya Müharibəsi zamanı Leninqrad əhalisi nasistlər tərəfindən sistematik olaraq aclıq və təqiblərə məruz qalıb. Putinin 1 yaşlı qardaşı da daxil olmaqla, minlərlə azyaşlı, qoca, günahsız insan bu cinayətin qurbanı olub. İndi Rusiya Ukraynada nasistlərin hərəkətlərini təkrarlayaraq, insanları ac saxlamağa çalışır. Bu utancvericidir. Rusiya qüvvələrinin fasiləsiz olaraq bombaladığı Mariupol şəhərində yüz minlərlə insan ac və susuz qalıb”.

Qeyd edək ki, mediada Putinin şəxsi həyatı haqqında zaman-zaman müxtəlif xəbərlər yayılsa da, o, şəxsi həyatını gizli saxlamağa çalışır. Ailəsini hər zaman kameralardan gizlətməyə çalışan Putin indiyə qədər səsləndirilən iddialara münasibət bildirməkdən də çəkinib. ABŞ rəsmisinin son açıqlamalarıyla birlikdə bütün dünyanın diqqəti yenidən bu ailənin üzərinə yönəlib.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …