Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Birinci xanım evdə bişəni bəyənməyib restoranlardan sifariş verdi, haqqında cinayət işi qaldırıldı

Birinci xanım evdə bişəni bəyənməyib restoranlardan sifariş verdi, haqqında cinayət işi qaldırıldı

İsraiin  baş naziri Benjamin Netanyahunun arvadı Sara Netanyahu sifariş etdiyi bahalı yeməklərə görə xərclənmiş 55 min şekeli (14 min avro) dövlət büdcəsinə qaytaracaq. Virtualaz.org xəbər verir ki, bu barədə razılaşma xanım Netanyahunun özü və baş prokurluq arasında əldə edilib. Razılaşma hələ məhkəmə tərəfindən təsdiq edilməlidir.

İttiham sənədində deyilir ki, xanım Netanyahu baş nazirin iqamətgahında xüsusi aşpazın olmasına baxmayaraq 2010 və 2013-cü illər arasında restoranlardan 175 min şekellik (43 min avro) yemək sifariş edib. Bu sifarişlərin pulu dövlət büdcəsindən ödənib.

Prokurorlar bu nəticəyə gəliblər ki, xanım Netanyahu yeməkləri baş nazir administrasiyası əməkdaşlarından xəbərsiz sifariş edirmiş.

Sara Netanyahunun özü günahsız olduğunu və yeməklərin hansısa üçüncü şəxslər tərəfindən sifariş edildiyini bildirirdi.

“The Guardian” yazır ki, ittiham tərəfi ilə razılaşmaya görə dövlət büdcəsinə ödənməli olan məbləğ 50 min dollar azaldılıb. Prokurorluq bu güzəştə görə tənqidlərə cavab olaraq bildirib ki, məhkəmə razılaşması zamanı Netanyahunun cinayət əməlini könüllü boynuna alması nəzərə alınıb.

İsrail baş nazirinin arvadı bundan əvvəl də özünün bədxərcliyi və bədxasiyyətliyi ilə qalmaqallara səbəb olub. 2016-cı ildə məhkəmə Netanyahu ailəsinin evində təmizlik işləri görən şəxsə qarşı pis rəftarla bağlı Sara Netanyahunu 42 min dollar təzminat ödəməyə məcbur etmişdi.

Ev işləri görən başqa şəxslər də pis rəftara görə ər-arvad Netanyahuları məhkəməyə veriblər. Hazırda evin keçmiş xadiməsi Şira Raban Sara Netanyahudan qısnama və pis rəftara görə məhkəmə qaydası ilə 63 min dollar təzminat tələb edir.

Amma bütün hallarda korrupsiya ittihamlarının əsas hədəfi ailənin başçısı Benyamin  Netanyahudur. Ona qarşı rüşvət, fırıldaqçılıq və etimada xəyanət ittihamları irəli sürülüb. Bu işə oktyabrın əvvəllərində baxılacaq.Netanyahu məhkəmənin keçirilməsinin ləngidilməsinə çalışıb və bu məqsədlə Ali Məhkəməyə müraciət edə bilər.

İddialara əsasən baş nazir milyarder dostlarından bahalı hədiyyələr almaqla onların istəyinə uyğun qanunvercilik hərəkətləri edib. O bu ittihamları rədd edir və bunları onu devirməyə çalışan media tərəfindən təşkil olunmuş əcinnə ovu adlandırır. 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …