Cümə , Oktyabr 19 2018
Ana səhifə / Dünya / Bir ölkədə 417 min sayda “Audi” satıldı

Bir ölkədə 417 min sayda “Audi” satıldı

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.

Çində Almaniyanın məşhur “Audi” brendinin avtomobillərinin satışında rekord qeydə alınıb.

Cari ilin yanvar-avqust aylarında Çində 417 min “Audi” satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.

“Audi” şirkəti Çində satışın daha da çoxalmasını təmin etmək üçün bu ölkədəki araşdırma və inkişaf mərkəzində çalışan əməkdaşlarının sayını 2023-cü ilədək 280-dən 650-ə çatdırmağı planlaşdırıb. Bu mərkəzin əsas fəaliyyəti sürücüsüz avtomobillərin hazırlanmasına, onların rəqəmsallaşdırılmasına, yeni yanacaq növləri ilə işləyən nəqliyyat vasitələrinin layihələndirilməsinə yönələcək. ( AZƏRTAC)

Həmçinin oxuyun

Camalın qətlində şübhəli bilinən diplomatın görüntüləri yayıldı

Şahzadə Məhəmməd bin Salmanın yaxın adamı olan Maher Əbdüləziz Mutrebin 2 oktyabrda jurnalist Camal Kaşoqidən …