Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Bir gündə 11 mindən çox insan virusdan öldü

Bir gündə 11 mindən çox insan virusdan öldü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 91 milyon 319 min 487nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 952 min 976 nəfərdir. İndiyədək 65 milyon 291 min 971 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 660 mindən çox artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına əsasən, ötən sutka ərzində 660 min 993 nəfər koronavirusa yoluxub, 11 min 61 nəfər isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 23 143 197 nəfər virusa yoluxub, 385 249 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 479 913 yoluxma qeydə alınıb. Onlardan 151 364 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 8 133 833 nəfərdə virus aşkar edilib. Xəstələrdən 203 617 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 425 269 yoluxma, 62 273 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 118 518 nəfər virusa yoluxub ki, onlardan 81 960-ı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …