Ana səhifə / Dünya / “Bir çox ölkələr ABŞ-dan qorxur” – Çavuşoğlu

“Bir çox ölkələr ABŞ-dan qorxur” – Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürmək qərarının səhv olduğunu bildirib.

Bu barədə məlumatı Anadolu agentliyi yayıb. “ABŞ səhv qərar verib və buna qarşı vahid mövqe sərgilənməlidir. Son zamanlar islam dünyasında, xüsusən də Ərəb Dövlətləri Liqasında Vaşinqtonun bu qərarı ilə bağlı ziddiyyətli fikirlə səslənir. Bir çox ölkələr ABŞ-dan qorxduqları üçün Fələstinə dəstək verməkdən imtina edirlər.” – deyə Çavuşoğlu vurğulayıb.

O qeyd edib ki, əgər Türkiyə tək qalsa da və beynəlxalq birlik fələstin xalqını və Qüdsün statusunu dəstəkləməkdən imtina etsə də, bu, Ankaranın məsələ ilə bağlı mövqeyini dəyişməyəcək: “Ankara susmayacaq və Fələstini dəstəkləməyə davam edəcək.” Qeyd edək ki, daha öncə Kubanın nazirlər kabineti və dövlət şurasının sədri Migel Dias-Kanel də ABŞ-ın səfirliyini Qüdsə köçürmək qərarını pisləyib. (AzVision.az)

Həmçinin oxuyun

Baş Nazir 16 dəqiqəyə istefa verdi

Bu gün Ukrayna Nazirlər Kabinetinin 16 dəqiqə davam edən iclasında baş nazir Vladimir Qroysman rəsmən …