Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Bir avroya İtaliya vətəndaşı olmaq – satıb getmək qadağandır – VİDEO

Bir avroya İtaliya vətəndaşı olmaq – satıb getmək qadağandır – VİDEO

Yeni sakinlərə ehtiyacı olan İtaliya şəhərlərinin sırasına daha biri qoşuldu.

Sputnik Azərbaycan bildirir ki, Apuliya regionundakı Taranto şəhərində bir avroluq evlər satışa çıxarılıb. By barədə “Corriere Della Sera” yazır.

Taranto hakimiyyəti daha çox tarixi mərkəzdə ev alacaq adamları gözləyir. Əvvəl bu şəhərdə 40 min adam yaşayıb. İndi isə sakinlərinin sayı üç mini keçmir. İnsanlar qəzalı vəziyyətə düşəcək həddə köhnəlmiş evlərini tərk edərək gediblər.

​Potensial alıcıları yumşaq Aralıq dənizi iqlimi, qədim memarlıq və gözəl təbiətlə şirnikləndirirlər. Burada qumlu çimərliklərlə yanaşı, flaminqoların yaşadıqları qoruq da var.

Şəhər rəhbərliyi Tarantoya təxminən 25 min yeni sakin cəlb etmək fikrindədir. Hələlik üç daşınmaz əmlak satışa çıxarılıb. Onlar satılandan sonra digərləri də satılacaq. Şərtlərə görə, alıcı özü binanı bərpa etməli və orada yaşamalıdır. Üstəlik, onu yenidən başqasına sata bilməz.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …