Ana səhifə / Dünya / Binəli Yıldırım: Türkiyə sabah Afrində quru əməliyyatına başlayacaq

Binəli Yıldırım: Türkiyə sabah Afrində quru əməliyyatına başlayacaq

Türkiyə bazar günü Afrində quru əməliyyatına başlaya bilər.

“Report” xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım bəyan edib.

Daha əvvəl Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı Afrində terrorçu PKK-nın Suriya qolu olan YPG-yə və PYD-ə qarşı “Zeytun budağı” adlı əməliyyatın başlandığını elan edib. Əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Baş Qərargahın məlumatına görə, əməliyyatda 72 hərbi təyyarə iştirak edib. Onlar 113 hədəfdən 108-ini məhv ediblər.

“Bizim aviasiyamız bu gün nəzərdə tutulmuş hədəflərin əksəriyyətinə zərbə endirib. Sabah, şəraitdən asılı olaraq, bizim quru qoşunlarımız lazımlı işi yerinə yetirəcək. Onlar Azad Suriya ordusu ilə birgə hərəkət edəcəklər”, – deyə baş nazir jurnalistlərə bildirib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …