Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Binəli Yıldırım: “Tramp Türkiyə üçün nəyin vacib olduğunu başa düşüb”

Binəli Yıldırım: “Tramp Türkiyə üçün nəyin vacib olduğunu başa düşüb”

“ABŞ prezidenti Donald Tramp Türkiyə üçün nəyin vacib olduğunu başa düşüb”.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Londonda “BBC World”-un jurnalisti Lyusi Hokinqsın ABŞ-ın suriyalı kürdlərə silah satmasına dair sualına cavabında deyib.

O, ölkəsinin İŞİD-ə qarşı mübarizəsinə dair siyasətinin əvvəldən məlum olduğunu söyləyib.

“Əgər İŞİD-lə mübarizə apacaqsınızsa, düzgün müttəfiq seçməlisiniz. Bir terror təşkilatına qarşı digər terror təşkilatından istifadə etməklə mübarizə aparmaq mümkün olmayacaq. Bizə YPG və ya PYD ilə iş birliyinin seçim yox, məcburiyyət olduğu deyildi. Bunu qəbul etməsək də, anladıq. Bu, müvəqqəti bir əlaqə idi. Çünki İŞİD hal-hazırda məğlub edilmiş haldadır” , – deyə o əlavə edib.(“Report”)

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …