Çərşənbə , Mart 22 2023
Ana səhifə / Dünya / Beynəlxalq olimpiadanın qalibləri İstanbuldakı H.Cavid adına məktəbi ziyarət etdilər-Video

Beynəlxalq olimpiadanın qalibləri İstanbuldakı H.Cavid adına məktəbi ziyarət etdilər-Video

Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən H.Cavid adına məktəbdə çox maraqlı və önəmli görüş keçirilib. Azərbaycandan riyaziyyat fənni üzrə Beynəlxalq olimpiadanın qalibi olmuş bir qrup məktəblilər böyük şairimiz H.Cavidin adını daşıyan orta məktəbi ziyarət ediblər.


Maraqlı tanışlıqdan sonra hər məktəblilər arasında dostluq əlaqələri yaranıb. Azərbaycanlı məktəblilər H.Cavid adına məktəbi çox yüksək dəyərləndiriblər və bu məktəbin Azərbaycandakı bir çox məktəblərdən üstün xüsusiyyətlərinin olmasını qeyd ediblər.


Azərbaycanlı qaliblər öz uğurlarının sirrindən danışaraq H.Cavid adına məktəbin şagirdlərinə çox çalışmalı olduqları barədə tövsiyələr də ediblər.
Məktəbin təsisçisi və direktoru Şərqiyyə Məmmədova İstanbulda fəaliyyət göstərən H.Cavid adına orta məktəbə gələn ziyarətçilərə öz minnətdarlığını bildirib və Vətən qoxusu gətirən bu anlamlı görüş üçün təşəkkürünü ifadə edib.

Azinforum.az

Həmçinin oxuyun

“Vaqner”in başçısı Şoyqudan yardım istəyib

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamaq niyyətinə …