Ana səhifə / Dünya / Berluskoni OD PÜSKÜRDÜ: “Zelenski mənim haqqımda nə bilir?”

Berluskoni OD PÜSKÜRDÜ: “Zelenski mənim haqqımda nə bilir?”

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Ukrayna prezidentinin onunla bağlı açıqlamasına sərt cavab verib.

Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə bilinir və Ukrayna ilə savaşda “neytral” mövqe tutur. Ukrayna prezidenti Vladimir Zelenski İtaliya baş naziri Corciya Meloni ilə keçirdiyi mətbuat konfransında məhz Berluskonini nəzərdə tutaraq “italyan siyasətçinin evinin heç vaxt bombalanmaması” səbəbindən bu mövqeni sərgilədiyini deyib. Zelenskinin bu sözləri İtaliyanın keçmiş liderini olduqca qəzəbləndirib.

“Bu senyor (Zelenski – red.) mənim haqqımda nə bilir? Heç nə! Mən uşaq ikən bombardmana məruz qalmışam”, – deyə Berluskoni söyləyib.

Burada söhbət İkinci Dünya müharibəsi dövründən gedir – o zaman faşist koalisiyasının tərəfində olan İtaliya müttəfiqlər tərəfindən bombalanırdı. Berluskoninin həmin vaxt 6 yaşı olub.

Həmçinin oxuyun

Avstriyalı deputatlar Zelenskini baykot etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Avstriya parlamentində videokonfrans vasitəsilə çıxış edərkən deputatlar iclası tərk edib.Bakupost.az HaberTürk-ə istinadən …