Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Dünya / Benyamin Netanyahuİsraildə daha bir hay-küylü istefa

Benyamin Netanyahuİsraildə daha bir hay-küylü istefa

İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat katibi Devid Keys vəzifəsindən istefa edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mətbuat katibi Nyu-Yorkdan ABŞ senatına seçilən Culiya Salazara qarşı cinsi istismarda təqsirli bilinir.

Məlumat İsrail mediasında da əksini tapıb. “Yedioth Ahronoth” qəzetində dərc olunan xəbərdə isə, indiyə qədərki fəaliyyətinə görə, Netanyahunun Keysə təşəkkür etdiyi qeyd olunub.

Qeyd edək ki, Devid Keysin Netanyahunun ofisində fəaliyyətə başlamazdan öncə, 2016-cı ildə Culiya Salazara qarşı zorakılıq törətdiyi iddia edilir. Ayrıca olaraq 11 qadının da Devid Keys tərəfindən zorakılığa məruz qaldığını iddia edilib.

Benyamin Netanyahu və mətbuat katibi Devid Keys (solda)
Benyamin Netanyahu və mətbuat katibi Devid Keys (solda)

Xatırladaq ki, daha öncə də İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib. O, rəsmi Təl-Əvivin Qəzza siyasətinə etiraf olaraq bu addımı atıb.

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …