Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Dünya / Benyamin Netanyahu: “Biz bu təhlükəli solçu hökuməti devirəcəyik”

Benyamin Netanyahu: “Biz bu təhlükəli solçu hökuməti devirəcəyik”

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu tərəfdarları qarşısındakı çıxışında postunu tərk etsə də, siyasəti və partiyası “Likud”dun liderlik vəzifəsini buraxmayacağını söyləyib.

Bu barədə “The Jerusalem Post” qəzetində məlumat yayılıb. Benyamin Netanyahu “Likud”u dəstəkləyən milyonlarla seçicinin adından danışdığını bildirib və hökuməti zamanında əldə etdiyi uğurları xatırladaraq partiya üzvlərini başlarını dik tutmağa çağırıb.

“Mən belə bir təhlükəli solçu hökumətlə hər gün mübarizə apararaq onu devirməyə çalışacağam. Tanrının köməyi ilə bu düşündüyünüzdən də tez başa gələcək”,-deyə Benyamin Netanyahu söyləyib.

Xatırladaq ki, bu ilin mart ayının 23-də keçirilən parlament seçkilərində “Likud” partiyası 120 yerlik Knessetdə 52 kürsüyə sahib olub. Lakin Benyamin Netanyahu hökumət qurmaq üçün yetərli sayılan 61 deputatın dəstəyini qazana bilmədiyinə görə hökumət “Yeni sağ” partiyasının lideri, keçmiş müdafiə naziri Naftali Benet tərəfindən təşkil olunub. Musavat.com

Həmçinin oxuyun

Ermənistanda qalmaqal: Yeni spiker fahişəliyin leqallaşdırılmasını dəstəkləyib

Ermənistan parlamenti dünənki iclasında yeni spikeri təsdiq etdi. Belə ki, “Vətəndaş müqaviləsi” partiyasının üzvü Alen …