Bazar , Fevral 17 2019
Ana səhifə / Dünya / Ben Ladenin oğlu 11 sentyabr terrorçusunun qızı ilə evləndi

Ben Ladenin oğlu 11 sentyabr terrorçusunun qızı ilə evləndi

“Əl Qaidə” terror təşkilatının mərhum lideri Usamə Ben Ladenin oğlu Həmzə Ben Laden 11 sentyabr teraktını həyata keçirən döyüşçülər dəstəsinin rəhbəri Məhəmməd Attanın qızı ilə evlənib.

Virtualaz.org bildirir ki, bu barədə yerli KİV xəbər yayıb. KİV həmçinin iddia edir ki, Həmzə Ben Laden “Əl Qaidə”də yüksək vəzifələrdən birini tutur. Onun atasının qisasını almağa hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Həmzə Ben Laden bundan öncə dəfələrlə müsəlmanları ABŞ, Britaniya, Fransa və İsrailə qarşı savaşa səsləyib.

Onu da qeyd edək ki, Usamə Ben Laden 2011-ci ildə Pakistanda məhv edilib.

Həmçinin oxuyun

Bələdiyyə sədri mərasimə atla gəldi, sosial şəbəkədə gündəm oldu – VİDEO

Türkiyənin Gümüşhane şəhərinin düşmən işğalından xilas olmasının 101-ci ildönümü qeyd olunur. Musavat.com xəbər verir ki, qeyd …