Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Dünya / Belarusun sanksiyalardan itkiləri hesablanıb

Belarusun sanksiyalardan itkiləri hesablanıb

Avropa İttifaqnın rəsmi Minskə qarşı sanksiyaları Belarusun ildə 250-300 milyon dollar dəyərində enerji və neft-kimya məhsulları ixracına təsir edir.

“Report” xəbər verir ki, bu barədə Belarusun Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Krutoy bildirib.

Onun sözlərinə görə, Belarus müəssisələri üçün ilk növbədə Çin, Rusiya və Afrika qitəsinin bazarlarına istiqamətlənməsi bir nömrəli vəzifədir.

D. Krutoy vurğulayıb ki, gələn ildə ixrac prioritet olaraq qalacaq: “2022-ci ildə gözlənilən iqtisadi artımın 65%-nin ixrac tədarükünün artırılması hesabına əldə edilməsi planlaşdırılır. Belarus hakimiyyəti satış bazarlarını diversifikasiya etməyi və ixracın fiziki həcmini artırmağı gözləyir”.

Həmçinin oxuyun

Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edəcəkmi? – TƏHLİL

“Ukraynaya hərbi müdaxilə 8 il əvvəl baş verib: ərazisinin bir qismi ilhaq edilib, digər hissəsində …