Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Dünya / “Belarusda hələ Rusiya qüvvələrinə ehtiyac yoxdur” – Putin

“Belarusda hələ Rusiya qüvvələrinə ehtiyac yoxdur” – Putin

“Belarusda hələ Rusiya qüvvələrinə ehtiyac yoxdur”.

Bunu Rusiya prezidenti Vladimir Putin aparıcı Sergey Birlyova müsahibəsində deyib. O əlavə edib ki, Minskdə də bununla razıdırlar. Rusiya liderinin sözlərinə görə, respublikada vəziyyət düzəlir və təhlükəsizlik qüvvələri kifayət qədər təmkinlidir.

Putin Moskvanın baş verənlərə avropalılardan və amerikalılardan daha neytral reaksiya verdiyini qeyd edib.

“Aleksandr Qriqoryeviç məndən hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat yaratmağımı istədi. Mən də bunu etdim. Ancaq ondan vəziyyət nəzarətdən çıxmayana qədər istifadə edilməyəcəyinə razılaşdıq”.

Bununla yanaşı, o, Moskvanın Belarusda problemlərin sülh yolu ilə həllinə ümid etdiyini vurğulayıb.

Həmçinin oxuyun

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa verib. Hacı Yasin Əliyev səhhətində yaranmış …