Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Dünya / “Belarusda etirazlar heç vaxt bitməyəcək” – Tixanovskaya

“Belarusda etirazlar heç vaxt bitməyəcək” – Tixanovskaya

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ölkədə etiraz aksiyalarının dayanmayacağını bəyan edib.

Bu barədə xanım siyasətçi Litva mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, Belarusdakı etiraz aksiyalarında iştirak edən insanlar hazırkı Prezident Aleksandr Lukaşenkoya təzyiq göstərən qüvvədir. O, etirazların heç vaxt bitməyəcəyini əlavə edib.

Bundan əlavə, Tixanovskaya Prezident Lukaşenkonun Rusiya ilə əlaqələrindən narahatlığını dilə gətirib. O, Rusiyanın respublikanın işlərinə qarışa biləcəyindən ehtiyat etdiyini vurğulayıb. Azvision.az

Həmçinin oxuyun

“Prezident seçildiyimə görə bütün dostlarımı itirdim” – Tramp

ABŞ lideri Donald Tramp prezident seçildiyi üçün bütün dostlarını itirdiyini etiraf edib. Azvision.az “RİA Novosti”yə istinadən …