Cümə , Noyabr 22 2019
Ana səhifə / Dünya / “Belə xəyanət olar?” – Ərdoğan Putinlə görüş ərəfəsində İrana sərt mesaj verdi

“Belə xəyanət olar?” – Ərdoğan Putinlə görüş ərəfəsində İrana sərt mesaj verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı sərt şəkildə tənqid edib.

O, Rusiyaya səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, İran Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına müxtəlif reaksiyalar verib.

“İrandan gələn bəzi açıqlamalardan narahatam. İran heç də uzaq olmayan, 15-20 il əvvəlki keçimişinə nəzər salsa, Rəcəb Tayyib Ərdoğanın İranın nüvə silahı ilə bağlı məsələsində hansı mövqe tutduğunu görər. Mənim bu mövqeyimi bütün dünya bilir.

Təəsüflər olsun ki, İrandan bizim “Barış pınarı” əməliyyatımıza qarşı müxtəlif reaksiyalar verilib. Təbii ki, bunu İran prezidenti Həsən Ruhanı söyləmir. Amma başda cənab Ruhani olmaqla bu cür danışanları susdurmaları lazım idi. Onların bu cür reaksiyaları başda özüm olmaqla bütün dostlarımı narahat edir. Biz Soçi müqaviləsini imzalayan 3 ölkədən biriyik. Bir sənədə imza atmış, eyni prosesin iştirakçısı olan ölkə digərinə belə xəyanət edərmi? Bütün bu hərəkətlərin hamısı yanlışdır. Ona görə də “Barış pınarı” əməliyyatları ilə bağlı verdikləri reaksiyalara görə onları ciddi şəkildə qınayıram. Biz Astana prosesi ilə başlayan və Soçi müqaviləsi ilə davam edən bir mərhələni bundan sonra necə davam etdirəcəyik?”, -deyə Türkiyə prezidenti vurğulayıb/Report. 

Həmçinin oxuyun

Hulusi Akar: “15 iyul dövlət çevrilişi cəhdindən sonra 18 minədək hərbçi vəzifədən azad edilib”

2016-cı il iyulun 15-dən etibarən Türk Silahlı Qüvvələrinin FETO terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən …