Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / BBC bu ilin 100 nüfuzlu qadınını seçdi – Biri Azərbaycandandır

BBC bu ilin 100 nüfuzlu qadınını seçdi – Biri Azərbaycandandır

BBC-nin illik “100 qadın” layihəsinin 2018-ci il üzrə yenilənmiş siyahısı dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, siyahıda dünyanın müxtəlif yerlərində yaşayan 100 ilhamverici və nüfuzlu qadının adı yer alıb. Ümumilikdə, 60 ölkədən 15-94 yaş arası qadınların olduğu siyahıya liderlər, ixtiraçılar və gündəlik qəhrəmanlar daxil ediliblər.

Siyahıya Azərbaycandan olan gənc ixtiraçı Reyhan Camalovanın da adı salınıb. 16 yaşlı həmyerlimiz 43-cü yerdə qərarlaşıb. O, yağış suyundan enerji əldə etməyə imkan verən “Rainergy” layihəsi ilə siyahıya düşməyi bacarıb.

 



Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …