Ana səhifə / Dünya / “Bayraqdar” və “Javelin” tətbiq edilir – Vəziyyət gərgindir

“Bayraqdar” və “Javelin” tətbiq edilir – Vəziyyət gərgindir

Ukraynaya helikopter, dron və təyyarələrin tədarükü Kiyevi kəskin və təhlükəli addımlar atmağa sövq edir.

“Ölkə.az” xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

“Ukrayna ordusu Donbasda ABŞ-ın tədarük etdiyi “Javelin” tank əleyhinə raket komplekslərindən və Türkiyə istehsalı silahlı pilotsuz uçuş aparatlarından istifadə etdiyini açıqlayıb. Nəticədə ölkənin şərqində vəziyyət daha da ağırlaşır.

NATO-ya üzv dövlətlər isə Rusiya Federasiyasının öz ərazisində qoşunların hərəkətinə daha çox diqqət ayırır”, – deyə Gerasimov bildirib.

O vurğulayıb ki, KİV-də Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı barədə yayılan məlumatlar yalandır.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …