Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Dünya / Baydendən Putinə sərt xəbərdarlıq: “Bunu etmə!“

Baydendən Putinə sərt xəbərdarlıq: “Bunu etmə!“

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə Ukraynada taktiki nüvə və ya kimyəvi silahdan istifadədən çəkinməsi üçün xəbərdarlıq edib.

Bayden CBS telekanalına müsahibəsində Putini Ukraynada nüvə silahından istifadəyə görə hədələyib. Deyib ki, əks təqdirdə, bunun nəticələri Kreml üçün ağır olacaq.

Amerika liderinin sözlərinə görə, o, Putini bu addımla bağlı şəxsən xəbərdar edib.

“Bunu etmə! Nəticələri ağır olacaq. Yoxsa cavab verəcəksiniz!”, – ABŞ prezidenti xəbərdarlğında qeyd edib.

Lakin Amerika lideri Rusiyaya cavabın nə olacağını açıqlamayıb. 

Həmçinin oxuyun

“Putin nə düşünübsə, onu da edəcək” – Ərdoğan

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən …