Şənbə , May 21 2022
Ana səhifə / Dünya / Bayden və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

Bayden və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

ABŞ prezidenti Cozef Baydenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Liderlər Zaporojye AES ətrafında vəziyyəti müzakirə ediblər.

“ABŞ Prezidenti Zaporojye AES-də baş vermiş yanğınla bağlı son məlumatı almaq üçün bu axşam Ukrayna Prezidenti ilə danışıb. Prezidentlər Rusiyanı bölgədə hərbi əməliyyatları dayandırmağa, yanğın və fövqəladə hallar xidmətlərinin əraziyə daxil olmasına icazə verməyə çağırıb”.

Bundan əlavə, Bayden ABŞ enerji nazirinin nüvə təhlükəsizliyi üzrə müavini ilə atom elektrik stansiyasındakı vəziyyəti müzakirə edib: “Prezident vəziyyətlə bağlı müntəzəm məlumatlar almağa davam edəcək”, – Ağ Ev əlavə edib.

Həmçinin oxuyun

Ermənistanın aviaşirkəti İrəvandan Antalyaya uçuşlara başlayır

İyunun 14-dən “Flyone Armenia” İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır. Bu barədə aviadaşıyıcının yaydığı …