Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Dünya / Bayden Belarusdakı insidentlə bağlı tapşırıq verdi

Bayden Belarusdakı insidentlə bağlı tapşırıq verdi

ABŞ Prezidenti Co Bayden Aİ-nin Belarusla bağlı ünvanlı iqtisadi sanksiyalar və digər tədbirlər tətbiq etmək çağırışını dəstəkləyir.

“ Azinforum.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı Baydenin bəyanatında deyilir.

“Mən bu hadisənin faktlarını aydınlaşdırmaq üçün beynəlxalq araşdırma aparılması ilə bağlı bir çox çağırışlara qoşuluram. Mən Aİ-nin ünvanlı iqtisadi sanksiyaların tətbiqinə çağırdığı və digər tədbirlər barədə məlumatları alqışlayıram”, – bəyanatda deyilir.

“Mən komandama tapşırdım ki, bunda əli olanları məsuliyyətə cəlb etmək üçün Avropa İttifaqı, digər müttəfiqlər və tərəfdaşlar, beynəlxalq təşkilatlarla sıx koordinasiyada müvafiq variantlar hazırlasınlar”, – bəyanatda qeyd olunur.

Bayden bildirib ki, Belarusdakı təyyarə ilə bağlı insident və Protaseviçin saxlanılması beynəlxalq normaların təhqir edilməsidir:

“Belarusun Aİ-nin bir ölkəsindən digərinə uçan kommersiya təyyarəsinin istiqamətində məcburi dəyişiklik etməsi, həmçinin Roman Protaseviçin həbsi beynəlxalq normaların birbaşa təhqiridir. ABŞ təyyarənin istiqamətinin dəyişdirilməsi və Protaseviçin həbsini ən qəti şəkildə pisləyir”.

Həmçinin oxuyun

Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış …