Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Bayden ABŞ tarixində ilkə imza atdı

Bayden ABŞ tarixində ilkə imza atdı

Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs toplayan ilk namizəddir. Bir çox ştatlarda sesvermənin nəticələri hələ də hesablanır.

NBC televiziyası bildirib ki, indiyədək azı 80 011 360 seçici Baydenə səs verib, Ağ Evin hazırkı başçısı Donald Tramp 73 881 874 nəfərin səsini qazana bilib.

“Cook Political Report” tədqiqat təşkilatının hesablamalarına görə, Bayden 80 070 466 səs toplayıb. “Fox News” isə Baydenin hələ 80 milyon həddini keçmədiyini iddia edir. Azvision.az

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …