Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Baxçalı: Türklərlə kürdlər arasına nifaq salan şərəfsizdir

Baxçalı: Türklərlə kürdlər arasına nifaq salan şərəfsizdir

Türklər və kürdlər arasına nifaq salmaq şərəfsizlikdir, xəyanətdir, böyük bir pislikdir.

Sputnik Türkiyə-nin məlumatına görə, bu sözləri türk milliyyətçilərinin lideri Dövlət Baxçalı Milliyyətçi Hərəkat Partiyasının (MHP) 12-ci Qurultayında səsləndirib.

Qurultayda yenidən partiya sədri seçilən Baxçalı türk milliyyətindən danışaraq onun ayrıseçkiliyi qəbul etməyən ulu bir çinar olduğunu qeyd edib.

“Türklər və Kürdlər arasına nifaq salmaq şərəfsizlikdir, xəyanətdir, böyük bir pislikdir. Kürd əsilli qardaşlarımızı təcrid edən bir millətin həqiqəti ola bilməz. Türklük isə Türkiyə və bütün türk millətinin onurğa sütunu, fundamentidir. Bozqurd işarəsi şərqdən qərbə şimaldan cənuba böyük bir ailə olan türk millətinin tarixi simvoludur” — deyə Baxçalı əlavə edib.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …