Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Dünya / Basarkeçər boşaldılır… – Nə baş verir?

Basarkeçər boşaldılır… – Nə baş verir?

Basarkeçər şəhərində bir sıra dövlət obyektlərinin bağlanılmasına başlanılıb.

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Kəlbəcər Azərbaycana təhvil verildikdən sonra (2020-ci il) sərhəddə yerləşən Vardenis (Basarkeçər) şəhərində vəziyyət gərginləşib:

“İlin əvvəlindən hökumət şəhərdə pasport-viza şöbəsinin ofisini bağlamağa başlayıb. Vardenis sakini Karen bildirib ki, şəhərə xidmət göstərən banklardan biri də bağlanıb, poliklinika və psixiatriya xəstəxanasının başqa şəhərlərə köçürüləcəyi barədə məlumat var.

“Ya şəhəri təhvil verəcəklər, ya da müharibə başlayacaq – başqa variant yoxdur. Vardenislilər niyə belə mühüm obyektləri şəhərdən yığışdırıldığını anlamırlar”, – şəhər sakini deyib.

Karen fevralın 12-də etiraz aksiyası keçirəcəklərini söyləyib”.

Vardenis Ağsaqqallar Şurasının üzvü Davit Şahnazaryanın iddiasına görə, müxtəlif qurumların bağlanması və ya köçürülməsi xəbərini onlar da eşidib, amma aidiyyəti dairələrdən izahat ala bilmirlər, suallarına cavab verilmir.

“Məlumat var ki, pasport şöbəsi köçürülür, hələlik rəsmi bir şey yoxdur, hər şey söz-söhbət səviyyəsindədir. Digər obyektlərin köçürülməsi ilə bağlı da söz-söhbətlər də var. Hazırda pasport şöbəsinin köçürülməməsi ilə bağlı imzatoplama aparılır”, – Şahnazaryan vurğulayıb.

Şahnazaryan baş verənlərin Basarkeçərin Azərbaycana təhvil verilməsi və ya müharibə ilə bağlı olub-olmadığına dair suala belə cavab verilib:

“Bu, mənə də bildirilib, amma bu suala dəqiq cavabım yoxdur, çünki Çəmbərək və Mehrinin pasport şöbələrinin də köçürüldüyü barədə məlumat var. Sərhəd yaşayış məntəqələrindən dövlət obyektlərinin çıxarılmasının əleyhinəyəm”.

Həmçinin oxuyun

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada …