Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Baş nazirin oğlu kafedə işə düzəldi- Ofisiant kimi…

Baş nazirin oğlu kafedə işə düzəldi- Ofisiant kimi…

İsrail baş naziri Binjamin Netanyahunun kiçik oğlu Avner ordudan tərxis olunduqdan və xaricə qısa bir səfərdən sonra hökumət başçısının Qüdsdəki iqamətgahının yaxınlığında yerləşən bir kafedə ofisiant işləməyə başlayıb.
Moderator24.com -un İsrail mediasına istinadla verdiyi xəbərə görə, Avner Netanyahu yaxın gələcəkdə atasının evindən ayrılmaq və kirayə mənzilə köçmək niyyətindədir. Ancaq mövcud qaydalara görə, hökumət başçısının oğlu daim mühafizə olunmalıdır. Bu səbəbdən də Avnerin çalışdığı müddətdə kafe yaxınlığında “ŞABAK” təhlükəsizlik xidmətinin avtomobili dayanır.
2017-ci ilin əvvəlində İsrail ordusunda xidmətini bitirən Avner Netanyahu, demək olar ki, dərhal xaricə səfərə yollanıb. O, Avstraliya və Yeni Zelandiyanı ziyarət edib. Hökumət başçısının oğlunu səfər boyu da təhlükəsizlik əməkdaşları müşayiət edib.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …