Bazar , Sentyabr 27 2020
Ana səhifə / Dünya / Baş nazirin iqamətgahı BƏRBAD HALA DÜŞDÜ…- FOTO

Baş nazirin iqamətgahı BƏRBAD HALA DÜŞDÜ…- FOTO

Paytaxt Beyrutdakı son dəhşətli partlayışdan sonra bir çox binalarla yanaşı,  Livan Baş naziri Həsən Diabın iqamətgahı da zərər görüb.
Moderator.az xəbər verir ki, bu haqda “CNN” məlumat yayıb.
Məlumata görə, partlayışın baş verdiyi limandan 1,6 km məsafədə yerləşən iqamətgahda pəncərələr və qapılar yerindən çıxaraq aşıb, şüşələr çilik-çilik olub, mebellər sınıb-dağılıb.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş dəhşətli paprtlayışda, son məlumata görə,  100-dən çox insan ölüb, 4 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. 300 mindən çox şəhər sakininin  evsiz qaldığı bildirilir. 
Hadisə partlayıcı maddələr anbarında olub. Daha sonra Livan Baş naziri və Prezidenti partlayışın 6 il ərzində 2750 ton ammonium nitratın düzgün saxlanmaması nəticəsində baş verdiyini söyləyiblər.

Həmçinin oxuyun

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa verib. Hacı Yasin Əliyev səhhətində yaranmış …