Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Barmaq izi ekranda olan smartfon təqdim edildi – Video

Barmaq izi ekranda olan smartfon təqdim edildi – Video

CES 2018 tədbiri çərçivəsində “Vivo” şirkəti barmaq izinin ekrana inteqrasiya olunmuş smartfonunun prototipini təqdim etdi.

“ Azinforum.az ” “Technote”yə istinadən xəbər verir ki, smartfonun yaradılması zamanı şirkət mühəndisləri keçən ay anonsu olmuş “Synaptics” şirkətinin yeni barmaq izi skanı texnologiyasından istifadə ediblər.

Şirkətin verdiyi məlumata əsasən, smartfon artıq kütləvi istehsalata hazır şəkildədir.

“Öncə biz ultrasəs ötürücüsü əsasında olan texnologiyanın prototipini MWC Shanghai 2017 tədbirində sərgiləmişdik. Bundan sonra biz bu texnologiyanı gələcək smartfonlarımızda reallaşdırmağı qərara aldıq. Barmaq izi skanının ekrana inteqrasiya olunmuş və artıq istehsala hazır vəziyyətdə olan smartfonun bugünki təqdimatı bu işdə olan böyük addımdır. Biz şadıq ki, yaxın zamanda bunu edə biləcəyik” – deyə şirkətin vitse-prezidenti bildirib.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …