Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Barak Obama bayramqabağı Santa Klausa çevrildi

Barak Obama bayramqabağı Santa Klausa çevrildi

ABŞ-ın eks-prezidenti Barak Obama dekabrın 19-da Santa Klaus libası geyərək, Vaşinqtondakı xəstəxanalardan birində xəstə uşaqları sevindirib.

Virtualaz.org “The Washington Post” nəşrinə istinadən siyasətçi xəstəxanaya gözlənilmədən və əvvəlcədən xəbərdarlıq etmədən gəlib. Obamanın gəlişi tibbi müəssisədə böyük ajiotaja səbəb olub.

“Mən hamıya minnətdarlıq etmək istəyirəm ki, bu cür gözəl uşaqlarla və onların ailələri ilə ünsiyyətdə ola bildim”, – görüşdən sonra Barak Obama bildirib.

O həmçinin əlavə edib ki. iki uşaq atası olaraq bütün uşaqların, xüsusilə bayramı xəstəxana otaqlarında keçirmək məcburiyyətində qalmış uşaqların qayğıya necə ehtiyac duyduqlarını gözəl anlayır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …