Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Bakı Uşaq Teatrı Beynəlxalq festivalda iki tamaşa ilə çıxış etdi-Foto

Bakı Uşaq Teatrı Beynəlxalq festivalda iki tamaşa ilə çıxış etdi-Foto

Bakı Uşaq Teatrının kollektivi 13-25 noyabr 2018-ci il tarixlərində Türkiyənin Bilecik şəhərində keçiriləcək 13-cü Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. Teatr festivalda iki tamaşa ilə çıxış edir. Onlardan biri – “Ağıllı tülkü” tamaşası uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa artıq bir neçə müddətdir ki, repertuardadır və Azərbaycanda azyaşlı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Həmin tamaşanın  Türkiyədə uşaqlara təqdim olunması nəzərdə tutulur. Festivalda nümayiş olunacaq daha bir tamaşa – “Sevgi şimşəyi” isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub. Komediya janrında hazırlanmış bu tamaşanın da həm Türkiyədə, həm də Azərbaycanda maraqla qarşılanacağı gözlənilir. 12 noyabrda festivalın açılışı mərasimi keçirilib. Biləcik Bələdiyyə başkanı Nihat Can, Bilecik millet vekili Selim Yağcı, Bilecik valisi Tahir Büyükakın və başqa rəsmi şəxslər açılışda iştirak edib. Festival noyabrın 13-də Bakı Uşaq Teatrının “Ağıllı tülkü” tamaşası ilə start verilib.

Şəlalə CƏSUR,

Türkiyədən xüsusi olaraq Azinforum.az üçün 

Həmçinin oxuyun

Dünyada koronavirusa yoluxanların sayı 45 milyon nəfəri ötdü

Dünyada COVID-19-a yoluxma hallarının sayı 45 milyonu keçib. Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən …