Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Bahalıq, qıtlıq, bu dəfə də köləlik- HESABAT

Bahalıq, qıtlıq, bu dəfə də köləlik- HESABAT

Türkmənistan Avropa və Mərkəzi Asiyada  “ən kölə ölkə” statusu alıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, hesabatı “Walk Free Fundation” təşkilatı hazırlayıb. Təşkilat bu regionda müasir köləliyin vəziyyətini müəyyən edib. Sənəd əhalinin hər min nəfərindən neçəsinin köləlik qurbanı olması əsasında hazırlanıb. Hüquq müdafiəçilərinin hesabatına görə, Türkmənistanda bu indeks 11,2-dir. Belarus 10,9 göstərici ilə ikinci yerdədir. Üçüncü yeri isə 8,7 indeksiylə Makedoniya tutur. Yunanıstan,  Albaniya, Türkiyə,  Ukrayna, Xorvatiya, Litva siyahıda sonrakı yerləri bölüşdürür. Avropa ölkələri arasında Britaniya 38-ci yerdədir.

Fransa, Belçika, Almaniya 39-41-ci yerləri bölüşdürür. Ekspertlər hesab efir ki, Türkmənistan və Rusiya hökuməti köləlik təhlükəsinə ən az reaksiya verir. Türkmənistan qapalı ölkə olduğundan oradan məlumat əldə edilməsi çətindir və real vəziyyət daha pis ola bilər. Hesabatın Türkmənistan hissəsi əsasən əhalinin pambıq yığımı və s.  kimi kütləvi və məcburi əməyə cəlbi əsasında hazırlanıb.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …