Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Dünya / Bağdadda iğtişaşlar böyüyür: dövlət binalarını zəbt edən etirazçılarla toqquşmalar olub (Yenilənib)

Bağdadda iğtişaşlar böyüyür: dövlət binalarını zəbt edən etirazçılarla toqquşmalar olub (Yenilənib)

İraqda kütləvi iğtişaşlar başlayıb.

Azinforum.az TRT Haber-ə istinadən xəbər verir ki, Sədr hərəkatının lideri Müqtəda əs-Sədrin tərəfdarları Bağdadda Prezident Sarayına, hökumət binaları, xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”ya daxil olublar.

Məlumaat görə, etirazçıların Prezident sarayını ələ keçirməsindən sonra paytaxtda komendant saatı elan edilib.

Qeyd edək ki, bu gün İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb.

***

İraq təhlükəsizlik qüvvələri Bağdadda yerləşən Respublika Sarayında nəzarəti bərpa edib, üsyançıları saraydan çıxarıb. 

“Əl-Cəzirə” xəbər verir ki, Əs-Sədr tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Vurğulanıb ki, Bağdadda “yaşıl zona”da Əs-Sədr tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı 2 nəfər ölüb, 19 nəfər yaralanıb/Report.

Həmçinin oxuyun

İranda aksiyada gənc qız öldürüldü – Fotolar + Video

İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. “ Azinforum.az ” …