Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Bacısının əri ilə qaçan Gülbahar: “Onunla evlənmək istəyirəm”

Bacısının əri ilə qaçan Gülbahar: “Onunla evlənmək istəyirəm”

Sentyabrın 23-də bacısının ərinə qoşulub qaçan 14 yaşlı Cəlilabad sakini Gülbahar Məmmədova (ad şərtidir) atasının razılığı ilə sualları cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Gülbahar, neçə gündür evinizdəsiniz?
– Evimizə getməmişəm, üç gündür əmimgildə qalıram.
– Bir yerdə oxudum, demisiniz ki, Ələmdarla (bacısının yoldaşı) getməyimə görə peşman deyiləm. Bu doğrudur?
– Bəli, belə bir söz demişəm.
– Yenə fikrinizdə qalırsınız?
– Bəli, bəli.
– Bəs niyə rayona qayıdıb polis şöbəsinə gəldiniz?
– Gördüm ki, hər şey bambaşqa olur, ona görə evimə qayıtmaq istədim.
– Yəni?
– Düşündüm ki, anamın, atamın qatili olaram da. Onların ürəyi partlayar, ölüb eləyərlər, bu, mənimçün çox pis olar.
– Ələmdarla münasibətləri bərpa etməyi düşünürsünüz, yoxsa bu məsələ bitdi?
– Xeyr, xeyr.
– Yəni bağlanmadı?
– Xeyr.
– Bacınızı – Ələmdarın həyat yoldaşını görmüsünüz?
– Görməmişəm.
– Bacınızdan üzrxahlıq edəcəksiniz?
– Hələ ki, başqa biriylə danışacaq durumda deyiləm. Çox əsəbi olmuşam.
– Ələmdar səni vururdu, döyürdü?
– Döymürdü.
– Nə vaxtdan bir-birinizi görmürsünüz?
– Üç gündür gəlmişəm, görməmişəm.
– Telefon əlaqəniz var?
– Telefon əlaqəm yoxdur.
 
– Ailəniz Ələmdarın həbsini istəyir. Siz də istərdiniz?
– İstəməzdim.
– Bağışlanılmasını və sizinlə ailə qurmasını istəyərsiniz?
– Bəli.
 
– Bacınızın taleyini düşünmürsünüz?
– Hələ ki heç nə düşünmürəm.
 
– Bacınızı düşünmürsüz?
– Düşünürəm. Məni də başa düşün də, gərginəm.
Qeyd edək ki, ailəsinin ehtimallarına görə, o, bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçmışdı.(ölkə.az)

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …

Bir cavab yazın