Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Bacarırsansa, gəl Aya Sofyanı al” – Ərdoğan Qərbə meydan oxudu

“Bacarırsansa, gəl Aya Sofyanı al” – Ərdoğan Qərbə meydan oxudu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məsciddə 50 nəfərin qətlə yetirildiyi terror aktı ilə bağlı danışıb.

“ Azinforum.az ” “Euronews”a istinadən xəbər verir ki, o, teraktla bağlı Qərbin səssiz qalmasını sərt şəkildə tənqid edib:

“Bu hadisədə Qərb mediası öz işini hiyləgərcəsinə görür. Bu axmağın (red: terrorçu Brenton Tarrant) belə bir manifesto yazması mümkün deyil. Arxasında ciddi dəstəyi var. Bunu tapıblar, manifesto hazırlayıb veriblər əlinə. Orada ölkəmin, mənim Aya Sofyanın adı keçir. Bacarırsansa, gəl al”.

Qeyd edək ki, terror aktını həyata keçirən Avstraliya vətəndaşı Brenton Tarrantın hadisədən öncə yazdığı iddia edilən 70 səhifəlik manifestoda Ərdoğana sui-qəsd edəcəyi və Aya Sofyanı xristianlara geri qaytaracağı da qeyd edilib.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …