Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Babacanın planları bəlli oldu: Gül kənardan dəstək verəcək

Babacanın planları bəlli oldu: Gül kənardan dəstək verəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından ayrıldıqdan sonra yeni partiya qurmaq istəyən Əli Babacanın planları bəlli olub.

Axar.az xəbər verir ki, Babacan ilk növbədə qarşıdakı günlərdə bəzi televiziya və sosial şəbəkələr vasitəsilə yeni bir partiya hərəkatının başladıldığını elan edəcək.

Məlumata görə, hazırda yeni partiyanın adı və loqosunun seçilməsi istiqamətində işlər davam etdirilir və ən gec Yeni ilə qədər hazırlıqların tamamlanması gözlənilir. Həmçinin partiyanın proqramı və nizamnaməsinin hazırlanması prosesinin də yekun mərhələdə olduğu qeyd edilib.

“Türkiyə” qəzetinin iddiasına görə, eks-prezident Abdullah Gül də daxil olmaqla bir çox keçmiş AKP-çi yeni partiyada rəsmi olaraq vəzifə sahibi olmayacaq. Gül partiyaya kənardan dəstək verəcək.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …